Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamentində Paşinyanla Koçaryan arasında dava düşüb

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

“Sputnik Armenia”ya xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.