Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan və Putin Pezeşkiana zəng ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin həmkarını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Tərəflər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün birgə işləməyə hazır olduqlarını vurğulayıblar.