Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Şuşaya gələsi olmadı – Futbolu seçdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək sammitində iştirak etməmək qərarına gəlib. 

Pressklub.az-ın məlumatına görə, o, bunun yerinə Türkiyə və Hollandiya milli komandaları arasında iyulun 6-da Berlində keçiriləcək futbol üzrə Avropa çempionatının 1/4 final oyununa baxmağı planlaşdırır.

Bu barədə hakimiyyətə yaxın A Haber telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bu qərar digər məsələlərlə yanaşı, respublika milli komandasının oyunçusu Merih Dəmiralla bağlı qalmaqala görə verilib. Qeyd edək ki, UEFA futbolçunun "Bozqurd" jestini nümayiş etdirməsindən sonra onunla bağlı araşdırmalara başlayıb.

Turqut