Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev Trampa sui-qəsdi pisləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.