Logo
news content
User
Kateqoriyalar

Xəbər

“El Klasiko”: "Barcelona" səfərdə "Real Madrid"i darmadağın edib

Futbol üzrə İspaniya çempionatının növbəti turunda "Real" Madrid "Barcelona"nı qəbul edib.

"Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada "Barcelona" "Real"ı darmadağın edib.

Birinci hissədə hesab açılmayıb. İkinci hissədə isə "Barcelona" əzəli rəqibinin qapısına dörd cavabsız top vurub.

Əvvəlcə Robert Levandovski dubl edib. Ardınca Lamin Yamal və Rafinya hərəyə bir dəfə fərqlənib.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.