Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya qərarını verib: Kiyev sona qədər dəstəklənəсək

ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən Qərb liderlərinin Ukrayna ilə bağlı videkonfransı öz məqsədinə çatıb. Konfransda iştirak edən liderlər Ukraynanı sona qədər müdafiə edəcəklərini bildiriblər.

NATO baş katibi Yens Stoltenberq Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər sanksiyaların sərtləşdiriləcəyini söyləyib. O, alyansın Ukraynaya gələcək hərbi, iqtisadi və humanitar yardımların göstərilməsi üzrə səyləri barədə videokonfrans iştirakçılarını məlumatlandırıb.

Almaniya kansleri Olaf Şolts da Qərb ölkələrinin Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcəklərini deyib.

"Bizim hamının razılaşdığı aydın prinsiplərimiz var: Ukrayna bizim həmrəyliyimizi və dəstəyimizi almağa davam edəcək", - Almaniya kansleri deyib.

O, “Böyük yeddilik” çərçivəsində Ukraynaya 50 milyard avro məbləğində maliyyə dəstəyinin göstərilməsini mümkün hesab edir.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə Rusiyanın növbəti müharibəyə cəsarət etməməsi üçün Ukraynanın kifayət qədər silahlanmalı olduğunu nəzərə çatdırıb. Conson bir daha Ukraynanı böyük miqdarda silahla təmin etməyin vacibliyini vurğulayıb.