
Dünya 120 min azarkeşin izlədiyi bu matçdan danışır - VİDEO
08 Aprel 2025
İran çempionatının 25-ci turunda keçirilən “Traktor” - “İstiqlal” matçında qeydə alınan azarkeş sayı dünya mətbuatının gündəmini zəbt edib.
Güney Azərbaycan təmsilçisinin ev matçını 120 min azarkeş izləyib.
Qeyd edək ki, “Səhənd” stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əlavə edək ki, rəqiblərindən bir oyun az keçirən “Traktor” 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 50 xalla ikinci, “Persepolis” isə 48 xalla üçüncüdür.