Dosent: “Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır” - VİDEO
14 Mart 2023
“Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır. İstər əkin sahələrinin, istərsə də yaşıllıqların suvarılmasında yağış sularından istifadə olunmalıdır”.
Bu fikirləri Memarlıq və İnşaat Universitetinin dosenti, Su təchizatı, işlənmiş suyun kənarlaşdırılması ixtisası üzrə müəllim Aqşin Kərimov deyib
O bildirib ki, yalnız bu yolla içməli su ehtiyatını qoruya bilərik. Amma texniki sulardan istifadə edə bilmək üçün yağış sularının toplandığı bəndlər tikilməlidir.
Onun sözlərinə görə, xüsusilə iri şəhərlərdə yeni binalar tikilərkən texniki suyun toplanması imkanları da nəzərə alınmalıdır:
“Digər çıxış yolu isə çirkli suların təmizlənməsi və yenidən istifadə olunmasıdır. Həmçinin Xəzərin duzlu suyu da təmizlənərək əkin sahələrinin suvarılmasında istifadə oluna bilər”.