Dördüncü dozanın effekti yox imiş
19 Yanvar 2022
İsrailin apardığı araşdırmalara əsasən Pfizer/BioNTech tərəfindən hazırlanan “Comirnaty” peyvəndinin dördüncü dozası Omikrona qarşı effektiv deyil.
İsrail alimləri Azərbaycanda da istifadə edilən peyvəndin dördüncü dozasını müəyyən qruplar üzərində sınaqdan keçirməyə başlayıblar. Şeba Tibb Mərkəzinin mütəxəssisləri iki həftə əvvəl peyvənd edilən 154 tibb işçisinin məlumatlarını təhlil ediblər və peyvəndin dördüncü dozasının “çox az” qorunma təmin etdiyi qənaətinə gəliblər. Təl-Əvivdəki elm adamları peyvəndin dördüncü dozasının Omikron variantına qarşı qoruyuculuğunun aşağı olduğunu açıqlayıblar. Tədqiqata rəhbərlik edən Gili Regev-Yoçay dördüncü dozanın Omikron variantına qarşı qismən qorunma təmin etdiyini qeyd edib:
“Peyvənd əvvəlki variantlara qarşı effektiv idi, lakin Omikron variantına qarşı daha az təsirlidir. Amma biz gördük ki, sınaq müddətində peyvənd olunanlar xəstələnsələr belə, onlarda simptomlar az olur və ya ümumiyyətlə olmur. Risk qrupunda olanlara dördüncü vaksin dozasının verilməsi düzgün qərar idi, lakin nəticələrimiz göstərdi ki, bunu bütün cəmiyyətə verməyə ehtiyac yoxdur” .
Məlumat üçün bildirək ki, dekabrın sonunda vaksinlərin artması ilə İsrail 60 yaşdan yuxarı və immuniteti aşağı olan insanlara dördüncü doza peyvəndi tətbiq edib, rəsmi məlumatlara görə, təxminən 500 min insana gücləndirici doza peyvənd vurulub.