Logo
news content
User
Kateqoriyalar

Xəbər

Donald Trampa sui-qəsd olub, ölənlər var - FOTO/VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd olub. 

Pensilvaniyada keçirilən mitin q zamanı naməlum şəxs keçmiş prezidnetə atəş açıb. Siyasətçi qulağından yaralanıb.

Olay zamanı Tramp sağ qalsa da, cinayətkar öldürülüb. Bundan başqa, mitinq iştirakçılarından biri ölüb, daha iki nəfər isə yaralanıb.

Tramp dərhal tibb müəssisəsinə aparılıb. O, "yaxşı olduğunu" bildirib.

ABŞ Gizli Xidmətinin məlumatına görə, atəş açan şəxsin xarici qüvvələrlə əlaqəsi olmayıb. Atışma yerində tüfəng tapılıb - silahlı şəxs mitinq yerindən yüz metr aralıda binanın üzərində mövqe tutubmuş. 

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb. Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədir. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.