Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2022: Azərbaycanlı futbolçunun zərbəsi kunq-fu ilə müqayisə olunub

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovun Lüksemburqa qarşı 2022-ci il dünya çempionatının seçmə oyunundakı kobudluğu kunq-fu hərəkəti ilə müqayisə olunub.

"Report" xəbər verir ki, "Krone.at" nəşri "Sumqayıt"da çıxış edən 26 yaşlı yarımmüdafiəçinin Olivye Tillə endirdiyi zərbəni qəddar hücum adlandırıb.

Mütəllimovun topu itirdikdən sonra ayağını təxminən rəqibin sinəsi hündürlüyündə qaldırması qarşısına çıxan rəqib futbolçunu görməməsi axmaqlıq sayılıb.

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Tellur Mütəllimov 21-ci dəqiqədə Olivye Tillə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.