Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uitkoff indi də İsrail və Qətəri barışdıracaq

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş təşkil edəcək.

Bu barədə məlumatı iki mənbəyə istinadən "Axios" portalı yayıb.

Məlumata görə, İsrail tərəfinə “Mossad”ın rəhbəri David Barnea başçılıq edəcək. Qətəri isə yüksək vəzifəli rəsmilərdən biri təmsil edəcək.

Axios yazır ki, görüşün əsas mövzusu Qəzza zolağındakı vəziyyət və HAMAS hərəkatının tərksilah edilməsi olacaq.