Almaniya hələlik Fələstini dövlət kimi tanımır
08 Dekabr 2025
Almaniya, bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstini dövlət kimi tanımaq niyyətində deyil.
Bunu Almaniya kansleri Fridrix Merts İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planının mərhələli şəkildə həyata keçirilməsi vacibdir:
"Sonunda nə olacağını bu gün heç kim bilmir. Vəziyyət belə olduğu üçün Almaniya hökuməti digər Avropa dövlətlərindən fərqli olaraq Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz yaxın gələcəkdə bunu etməyəcəyik", - Merts deyib.
Onun fikrincə, hazırda Fələstin dövlətinin yaradılması üçün "heç bir şərait" yoxdur.