Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dağıstanda niqab qadağan edildi

Dağıstanda niqab taxmağa müvəqqəti qadağa elan edilib.

Bu barədə Dağıstan Müftiliyindən bildirilib.

"Dünən mətbuatda fətva şöbəsinin rəyi tam düzgün şərh edilməyib. Müfti, Milli Siyasət və Dini İşlər Nazirliyinin respublika əhalisi üçün mövcud təhlükəsizlik təhdidləri barədə məlumat verən müraciətinə istinadən və fətvalar şöbəsinin səlahiyyətli rəyi əsasında dünən müəyyən edilmiş təhdidlər aradan qaldırılana və yeni teoloji nəticəyə qədər niqab taxmağa müvəqqəti qadağa qoyulduğunu elan edir", - deyə müftilik nümayəndəsi bildirib.