Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Crocus”dakı terror ABŞ-da təkrarılana bilər”

“ABŞ-də “Crocus”dakı terror aktına bənzər hadisənin təkrarlanması mümkündür”.

“Washington Post” xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey bildirib.

O, bu qorxusunu son illər sərhəddə qanunsuz miqrantların sayının artması ilə əlaqələndirib.

“Xarici terrorçuların ABŞ-də hücumu asanlaşdırmaq üçün cənub-qərb sərhədimizdən, digər giriş limanlarımızdan və ya immiqrasiya sistemimizdəki zəifliklərdən istifadə etməyə çalışacaqlarından çox narahatam”.