Logo
news content
User
Kateqoriyalar

Xəbər

COVID-19-a qarşı həb təsdiq edilir

Yanvarın 27-də Avropa İttifaqının (Aİ) tənzimləyici orqanı Pfizer şirkətinin COVID-19-a qarşı həbinə yaşıl işıq yandırıb. Bu həb yaşlıları xəstəliyin ağırlaşması riskindən qoruyur. Avropa regionu yüksək yoluxucu omikron ştammına qarşı arsenalını gücləndirməyə çalışır.

Avropanın Tibbi Agentliyi (EMA) ilk dəfədir COVID-19-a qarşı həbi tövsiyə edir.

İndi Avropa Komissiyası prosedur qaydası olaraq dərmanı rəsmən təsdiqləməlidir. Bu proses bəzən bir neçə saat, yaxud gün çəkir.

Qurum “Paxlovid” həbinin təcili istifadəsinə ötən ilin sonunda icazə verib. O zaman Aİ üzvlərindən İtaliya, Almaniya, Belçika dərman ehtiyatlarını görüblər.

Birləşmiş Ştatlar və Britaniya isə həbi dekabrda təsdiqləyib.

Bu arada Aİ-nin ictimai səhiyyə agentliyi bildirib ki, koronavirusa qarşı buster vaksinləri Avropada COVID-19-dan xəstəxanaya yerləşdirilmə hallarını azı yarım milyon azalda bilər.

“Yanvarın əvvəlində vurulan buster doza gələcəkdə Avropada Omikron ştammından xəstəxanaya qəbulu 500 min – 800 min nəfər azalda bilər”, – Avropada Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (ECDC) yanvarın 27-də bildirib.

Bu dəyərləndirmə Aİ-nin 27 üzvü, üstəgəl Norveç, İslandiya və Lixtenşteyni əhatələyir.

“Buster proqramının daha öncə vaksin olunmuş şəxslərə aid edilməsi isə xəstəxanaya qəbulları daha 300 min – 500 min nəfər azalda bilər”, – ECDC əlavə edib.

Hazırda Aİ-nin 450 milyonluq əhalisinin 70 faizinin tam peyvənd olunduğu, bu şəxslərin yarısına isə buster doza vurulduğu bildirilir.