Azəbaycana 23 kiloqram narkotik vasitə keçirilməsinin qarşısı alınıb
24 Dekabr 2024
Dekabrın 22-də Azərbaycan sərhəd qoşunları Xəzər dənizi ilə narkotik vasitələrin Azərbaycana keçirilməsinun qarşısını alıb.
Dövlət Sərhəd Xidmətinn yaydığ məlumatda deyilir ki, dənizdə aşkar edilən 13 ədəd bağlamadan çəkisi 23 kq 475 qram marixuana, 270 qram tiryək və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Narkotikin hansı ölkədən gətirilməsi ilə bağlı məlumat verilmir. Bununla yanaşı, rəsmi hesabatlara görə Azərbaycana narkotiklərin böyük hissəsi İrandan gətirilir.