Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin-Tramp görüşü ilə bağlı bir neçə ölkə öz ərazisini təklif edib

Bir neçə ölkə Moskvaya Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün öz məkanlarını təklif edib.

“İnterfaks” xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Qəribədir ki, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq", - deyə Uşakov bazar ertəsi Moskvada keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hadisələri qabaqlamaq istəmədiyi üçün bu ölkələrin adlarını açıqlamayacaq.