Çempionlar Liqası: “Qarabağ” səfərdə böyük hesablı qələbə qazanıb
24 İyul 2025
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.