Blinken sülh danışıqlarının “son mərhələsinə” keçmək üçün Bayramov və Mirzoyanla görüşəcək
25 Sentyabr 2024
Vəziyyətlə tanış olan iki mənbə TURANın Vaşinqton müxbirinə bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin sabah Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqlarının “son mərhələsi” çatdırmaq üçün görüşü gözlənilir.
Bununla belə, “son mərhələnin” nədən ibarət oldugunu və nəticəsinin necə olacağı hələ də bəlli deyil. Dövlət Departamentidə bununla bağlı hər hansı şərh verməyib.
Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün hazırda Nyu-Yorkdadırlar.
Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacağ.
Dövlət Departamentinin sözçüsü Metyu Miller TURANın Vaşinqton müxbirinə bildirib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana "mümkün olan istənilən yolla", "faydalı olarsa, yeni görüşün təşkil edilməsi də daxil olmaqla" dəstək vermək niyyətindədir.
Miller gündəlik brifinqdə deyib: "Biz hər iki ölkənin davamlı və layiqli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik".
Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı “alqışlayıb”.