Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəstəkar Cavanşir Quliyevin beyninə qan sızıb - Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bəstəkar Cavanşir Quliyev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə rejissor Ramiz Mirzəyev (Həsənoğlu) feysbuk hesabında yazıb.

“Bu gün səhər saatlarında halı pisləşib. Deyəsən beyninə qan sızıb. Şəhər xəstəxanalarının birindədir. "Acıbadem" xəstəxanasına köçürülməsi gözlənilir", - rejissor əlavə edib.

Paylaşımda deyilir ki, bu barədə rejissora bəstəkarın həyat yoldaşı Ülkər xanım bildirib.

Qeyd edilir ki, Cavanşir Quliyev Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.