Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bərdədə 15 yaşlı qızın meyiti tapılıb, xəsarət izləri aşkar edilib

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının meyiti aşkar edilib.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.

Artıq Sevinc Abbaslının meyitinin aşkar edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Bərdə Rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

"Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.