Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramov: "Ermənistan sülh müqaviləsi üzrə növbəti paketi təqdim edib, cavab hazırlayırıq"

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik.

Bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək.

"Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.