Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verməyib

ABŞ prezidenti Co Bayden ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hələ qərar qəbul etməyib.

O, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Mövzu ilə bağlı suala “xeyr” deyə qısa cavab verən Bayden məsələ ilə bağlı heç bir əlavə məlumat verməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiya Federasiyasının ərazisinə dərin zərbələr endirmək iqtidarında deyil. Çünki bunun üçün ona peyklərdən və uçuş aparatlarından kəşfiyyat məlumatları lazımdır.