Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden atəşkəs anonsunu verdi - İsrail və HƏMAS razılığa gəliblər

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin əldə olunması prinsipləri barədə razılığa gəlib.

ABŞ prezidenti Cozef Bayden “X”də yazıb.

“Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması ilə bağlı razılığa gəlmək üçün hərtərəfli prinsipləri ortaya qoydum. Hələ görüləsi işlər var, bunlar mürəkkəb məsələlərdir, lakin indiyə qədər prinsiplər İsrail və HƏMAS tərəfindən razılaşdırılıb. Komandam irəliləyir və mən bu məsələdə sona qədər getməkdə qərarlıyam.”, - Amerika lideri yazıb.