Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı bazarlarında qiymətlər artıb? - VİDEO

Azərbaycanda son vaxtlar meyvə-tərəvəzin qiymətində bahalaşma müşahidə olunur. Bunu həm satıcılar, həm də alıcılar yanacaq qiymətlərinin qalxması ilə əlaqələndirirlər.

Müxbirimiz Fərid Həsənov Yasamal bazarında olub, satıcı və alıcılarla söhbətləşib.

O, bəzi tərəvəzlərin qiymətlərinin iki dəfəyədək artmasına şahid olub.

Azərbaycanda meyvə-tərəvəzdən başqa, bəzi ərzaq qiymətlərinin də bahalaşması müşahidə olunur.

Buna əsas səbəb kimi isə yanacaqla yanaşı, hava şəraitinin də səbəb olduğu bildirilir.

İyunun 30-da Tarif Şurası Aİ və dizel yanacağının qiymətini müvafiq olaraq, 0,10 və 0,20 AZN artırıb. (BBC)