Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı 2027-ci ildə Çempionlar Liqasının finalını keçirə bilməyəcək...

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən "Metropolitano" stadionunda oynanılacaq.

Qeyd edək ki, 2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.