Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda sabiq diplomat adam bıçaqlamaq ittihamı llə saxlanıldı

Sabiq diplomat Emin Şaiq İbrahimov saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, o, adam bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev həmin paylaşıma rəy bildirib.

"Belə bir hadisə baş verib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır" , - E.Hacıyev qeyd edib.