Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana külli miqdarda qızıl-zinət əşyalarının gizli keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Komitənin yaydığı məlumatda deyilir.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib.

Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.