Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan qərarını verdi: Bayramov NATO sammitinə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.