Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan-İran əlaqələrinin son vəziyyəti müzakirə olunub

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə İran səfiri özünün “Twitter” hesabında bildirib.

Görüş zamanı iki ölkə arasında əlaqələrin son vəziyyəti müzakirə olunub.

Eyni zamanda, media və ictimai diplomatiya sahələrində Azərbaycan və İran XİN-ləri arasında daha yaxın əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.