Azərbaycan internetin sürətinə görə dünyada neçəncidir?
16 İyun 2023
Azərbaycanın internetin sürətinə görə reytinq cədvəlində mövqeyi dəyişməyib.
Siyahı dünyada internet sürətini araşdıran “Speedtest Global Index” mərkəzi tərəfindən dərc edilib.
Belə ki, bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 181 ölkə arasında 29,14 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb.
Bu isə aprel ayı ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (241,35 Mb/s), sonuncu yeri isə Kuba (1,93 Mb/s) tutub.
Mobil operatorlarda olan sürətə görə isə siyahıda birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (181,79 Mb/s), sonuncu yerdə isə Əfqanıstan (4,3 Mb/s) qərarlaşıb.
Bundan başqa, mayda Bakı şəhəri mobil internetin sürətinə görə iki pillə irəliləyərək 43,08 Mb/s sürətlə 172 şəhər arasında 72-ci yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 207,35 Mb/s sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 1,07 Mb/s sürətlə Sudanın Xartum şəhəri tutub.