Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: Türkiyə növbəti mərhələyə çıxa bilmədi

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.