Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: İngiltərə 1/4 final mərhələsində

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.

Qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.

Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellinqem İngiltərə millisinin bərabərlik qolunu vurub. Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.