Logo
news content
User
Kateqoriyalar

Xəbər

AVRO-2024: Ən yaxşı qol müəyyənləşdi - VİDEO

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.

UEFA-nın saytı xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.

16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.