Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ararat Mirzoyan Hakan Fidanı təbrik edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

Ermənistan mətbuatı xəbər verir ki, Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edib.