Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anti-terror əməliyyatı zamanı ağır yaralanan hərbçimiz 4 ay sonra vəfat edib

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.

Şəhid Hacıəli Qasımovun bu gün doğulduğu kənddə dəfn ediləcəyi bildirilir.

Bura barədə Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. (APA)