Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ yeni nəsil silahını Almaniyada yerləşdirəcək

Gələcəkdə Almaniyadakı ABŞ Ordusunun bu yaxınlarda yenidən yaradılmış 56-cı Artilleriya Komandanlığının sərəncamına hazırda yaradılan ən son Amerika silahlarının bir sıra nümunələri veriləcək.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Soyuq Müharibə dövründə bu birləşmə ABŞ və SSRİ tərəfindən Orta və qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilənin imzalanmasından sonra istismardan çıxarılan MGM-31C Pershing II orta mənzilli nüvə raketlərinə cavabdeh idi.

ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı yeni silahlar, yeni texnoloji səviyyədə, təxminən Soyuq Müharibə dövrünün istismardan çıxarılan raketləri ilə eyni vəzifələri həll edəcək. Bu silahların arasında Dark Eagle adlandırılmış hipersəs Long-Range Hypersonic Weapon (LRHW) raketi, RIM-174 Standard Extended Range Active Missile (ERAM), Tomahawk Land Attack Missile (TLAM), Precision Strike Missile (PrSM) raketləri də daxil olmaqla, bir qurğudan müxtəlif raketləri buraxmağa imkan verən çoxfunksiyalı Typhon sistemi yer alır.