Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Venesuela neftini daşıyan gəmiləri saxlamağa davam edəcək

ABŞ Venesuela neftini daşıyan tankerləri saxlamağa və narkotik ticarəti üçün istifadə olunan katerlərə zərbələr endirməyə davam edəcək.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.

"Biz Nikolas Maduro dövründə Venesuela ilə münasibətlərimizdə mövcud olan problemlərə diqqət yetiririk. Bu problemlər qalır və onların həlli hələ də qarşımızda durur. İnsanlara problemlərlə məşğul olmaq imkanı yaradacağıq və onlar bu məsələləri həll edənə qədər neft karantini (neft ixracına embarqo - red.) qüvvədə qalacaq", - Rubio bildirib.

"ABŞ-nin təzyiqi davam edəcək. Biz Birləşmiş Ştatlara doğru hərəkət edən narkokartellərin katerlərinə zərbələr endirəcəyik. Biz sanksiyalar altında olan gəmilərin qarşısını kəsəcəyik. Əsas problemlər həll olunana qədər bunu və bəlkə də başqa şeyləri etməyə davam edəcəyik", - Amerika xarici siyasət idarəsinin başçısı vurğulayıb.