ABŞ və Kanada liderləri Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıblar
08 Oktyabr 2025
Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb.
“Reuters” xəbər verir ki, Karni Trampı transformativ (dəyişiklik yaradan) prezident adlandırıb.
"Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı mehribanlıqla qonaq etdiniz. Və o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan və Ermənistan arasında sülh baş verib".