ABŞ RT və baş redaktor Marqarita Simonyana sanksiya tətbiq edir
05 Sentyabr 2024
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.
TASS xəbər verir ki, bu barədə nazirlikdən verilən yazılı məlumatda deyilir.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya düşüb.