ABŞ neftin qiymətini kəskin şəkildə aşağı salmağa çalışmır - Tramp
10 Dekabr 2025
Vaşinqton neftin qiymətlərini çox tez endirməkdə maraqlı deyil, çünki bu, Amerika istehsalçılarına zərər verə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında deyib.
"Biz heç vaxt olmadığı qədər daha çox yanacaq hasil edirik. Bu baş verdikdə qiymətlər aşağı düşür, buna görə neftin bir barelinin qiyməti çox yaxşı azalır", - o deyib.
Tramp qeyd edib ki, Vaşinqton bununla yanaşı neftin qiymətinin bu qədər sürətli azalmasını istəmir, çünki istehsalçıların hasilatı davam etməsində maraqlıdır.