Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında irəliləyiş var

ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.

Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.

Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir.

“Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı”, – o qeyd edib.