Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Azərbaycanın siyasi partiyalar haqqında qanunundan “narahatdır”

ABŞ Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunundan narahatdır, bunu cümə axşamı Dövlət Departamenti bildirib, TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter hesabında belə yazıb: “Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa və əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq”.

Azərbaycan bu yaxınlarda müxalifətin siyasi fəaliyyəti üçün onsuz da məhdud olan məkanı məhdudlaşdıran yeni qanun qəbul edib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” qanun ötən ilin sentyabrında təklif edilən ilkin qanun layihəsinin yenilənmiş variantıdır.

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yeni qanunu tənqid edərək, onun “ölkədə plüralizmə çəkindirici təsir göstərən bir sıra yeni problemli müddəaları təqdim etdiyini” qeyd edib.