Logo
news content
User
Kateqoriyalar

Xəbər

431 nəfər deputat olmaq istəyir - Hələlik

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda 125 deputatlı bir palatalı parlamentə - Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.