Logo
news content
User
Kateqoriyalar

Xəbər

30 il həbsdə yatmışdı, çıxandan sonra yenə tutuldu...

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Onun üzərinə baxış zamanı "Makarov" markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.