Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

Mühasirədə qalmış Müstəqillik Günümüz
28 Mayın milli şərəf duyğusunu bu tarixçədən gözəl nə yaşada bilər?

Polkovnik Kazımbəyov işğala boyun əyməmiş şəhərin həmin səhəri belə açdığını xatırlayır: 


“Olduqca gözəl bir gün idi. Sanki təbiət də sevinirdi, üzüntülər içində olan xalqa mərhəmətini göstərirdı. Əvəzində düşmən sübh tezdən qızğın fəaliyyətə keçmişdi. Hər tərəfdən top səsləri gəlirdi...”


1920-ci ilin aprelində rus ordusu müstəqil Azərbaycanı işğal etdi və bolşeviklər paytaxt Bakıda hakimiyyəti ələ aldılar. Amma ölkənin “ikinci paytaxtı” Gəncə mayın 22-də üsyana qalxdı. Milli ordunun ləğv edilməli olan diviziyası şəhərdəki bəzi rus hərbi hissələrinin əsgərlərindən bir qismini əsir götürdü, qalanlarını qovub çıxardı. Gəncəni tutmağa çalışan Qırmızı ordu ilə ağır döyüşlər başlandı. 


Azərbaycanın müstəqilliyinin ikinci ildönümü günü – 28 may yaxınlaşdıqca düşmən azğınlaşırdı. Həmin günə ölkədə bir dənə də olsun müqavimət ocağı qalmamalı idi! Rus komandanlığı itaətsizlik göstərmək fikrinə düşənlərə məhz belə dərs vermək, onları belə alçaltmaq istəyirdi. Bu məqsədlə Gəncə ətrafına əlavə qüvvələr – Bakıdan Yefremovun zirehli qatarlar qrupu, Qazaxdan Kurışkonun 18-ci süvari diviziyası, Velikanovun 20-ci atıcı diviziyasının yeni birləşmələri və haubitsa divizionu – gətirmişdilər. Qərbdə Ballıcaya gedən yolu da kəsib, şəhəri tam mühasirəyə almışdılar. 


Səhər 7-də 2-ci batalyonun komandiri, milli ordunun alman əsilli polkovniki Hauzen düşmən süvarilərinin böyük dəstələrlə Gəncəyə yaxınlaşdıqları barədə qərargaha xəbər göndərdi. Kazımbəyov özü döyüş mövqeyinə gəldi və rəqibin planını dərhal...

lock icon

Yazını tam oxumaq üçün