Logo
news content

Rusiya kimlərin ümidinə qalıb?
Moskvanın apardığı siyasət onu dalana dirəyib

Rusiya Ukraynadakı müharibədə özünə tərəfdaş axtarır. Təkcə siyasi, hüququ yardım almaq məqsədilə yox, həm də hərbi texnika və canlı qüvvə yardımı almaq üçün. 

Rusiya keçmiş sosialist düşərgəsində olan ölkələrlə əlaqələri genişləndirməyə, gücləndirib, inkişaf etdirməyə çalışır. Serbiya istisna olmaqla, Şərqi Avropa dövlətləri Moskvadan uzaqlaşıb. Keçmiş müttəfiq respublikalar, Belarus istisna olmaqla, müxtəlif səbəblərdən Ukrayna müharibəsində Rusiyanı müdafiə etmir, əksinə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər.  

Bu baxımdan, Kremlin Minsk rəsmisi istisna olmaqla məlum məqsəd üçün keçmiş müttəfiqlərin xidmətindən yararlanmaq cəhdləri çətin fayda verər. Onların hamısını zorla bu müharibəyə cəlb etməyə isə Rusiyanın gücü çatmaz. Zatən, elə gücə malik olsaydı, indiyə Ukraynadakı müharibəni tamamilə başa çatdırmışdı. 

Deməli, ümid Asiyadakı, Afrikadakı, Latın Amerikasındakı keçmiş sosialist düşərgəsinin üzvlərinə qalır. 

Vladimir Putinin Çinlə bu istiqamətdə əməkdaşlıq cəhdləri hələlik alınmır. Bunun bir neçə səbəbi var. Başlıca səbəb iqtisadi-ticari maraqların təmin olunmasıdır. Qərb Çinin ən bahalı və çox ticarət etdiyi tərəfdaşıdır. Məsələn, Çinin bütövlükdə Afrika ilə etdiyi ticarətin həcmi Avropanın bir ölkəsi ilə etdiyi ticarətin həcminə bərabərdir. Başqa bir məsələ, iki milyard insanın yaşamasının təmin edilməsidir. Çünki əhalisinin sayı həm də Pekinin ən güclü silahıdır. Onların yaşaması üçün ölkənin iqtisadi gücü yetərli olmalıdır. Daha bir səbəb isə Tayvan problemi,...

lock icon

Yazını tam oxumaq üçün