Donald Trampla Si Cinpin arasında görüşün vaxtı tarixini açıqlayıb
02 Oktyabr 2025
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə planlaşdırılan görüşü barədə məlumat paylaşıb.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, görüş dörd həftədən sonra keçirilməlidir.
Ağ Ev rəhbərinin sözlərinə görə, görüşün əsas mövzusu soya istehsal edən amerikalı fermerlərin problemləri olacaq.