"Zirə" pley-off mərhələsində, "Sabah" mübarizəni dayandırdı
16 Avqust 2024
"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.
Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.
Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.
“Savah” isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.
Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.
Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.